- Köhnə - Siyasət
- 3 Fevral 2015 11:14
- 2 582
Həmsədrlər Əliyev və Sarkisyanla görüşəcək
ATƏT-in Minsk Qrupunun həmsədrləri yaxın günlərdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla görüşəcəklər.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Azadlıq radiosu"na müsahibə verərkən deyib.
Onun sözlərinə görə, həmsədrlər son zamanlar Azərbaycanla Ermənistanın təmas xəttində mövcud olan gərginlikdən narahatdırlar: "Biz yaxın zamanlarda bölgəyə səfər edəcəyik, nəticədə hər iki ölkənin rəsmiləri, o cümlədən prezidentlərlə də görüşəcəyik".