“Biz Azərbaycanla ABŞ arasında gərgin münasibət müşahidə etmirik”. “Biz Azərbaycanla ABŞ arasında gərgin münasibət müşahidə etmirik”.

ABŞ-dakı Azərbaycanla bağlı dinləmələrə - RƏSMİ MÜNASİBƏT

“Biz Azərbaycanla ABŞ arasında gərgin münasibət müşahidə etmirik”.



AzNews.az xəbər verir ki, PA-nın şöbə müdiri Əli Həsənov son günlər gərgin olduğu deyilən Amerika-Azərbaycan münasibətləri ilə bağlı fikir bildirərkən belə deyib.

Bildirib ki, ayrı-ayrı hüquq müdafiə təşkilatları, fikir formalaşdırma mərkəzləri nələrisə müşahidə edə bilər:
"Amma Azərbaycanla Amerika arasındakı münasibətlər həm beynəlxalq sülh yaratma proseslərində, terrorizmlə mübarizə sahəsində, həm də beynəlxalq enerji təhlükəsizliyi məsələlərində, Xəzər dənizi və Cənubi Qafqazın transmilli kommunikasiya xətlərinin birgə istismarında davam edir. O cümlədən Azərbaycanla ABŞ arasında iqtisadi, siyasi, sosial sahədə münasibətlər davam edir. Bəzi dairələr var ki, bu münasibətləri kəsməyə çalışır. Onlar Amerika mətbuatına ara-sıra Azərbaycanla bağlı neqativ yazılar dərc etdirir. Bu yazıların da hazırlanması bir qayda olaraq real gerçəkliyi deyil, ayrı-ayrı mərkəzlərin sifarişləri əsasında həyata keçirilir. Biz bunun qarşısını almağa çalışırıq".

Əli Həsənov ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı dinləmələrini normal qarşıladığını, AZərbaycan parlamentinin də ABŞ-la bağlı dinləmələ keçirdiyini deyib:
"Siyasi plüralistik ideyaların hökm sürdüyü dünyada belə şeylərə görə kimisə günahlandırmaq olmaz. ABŞ-da Azərbaycanın həyatını olduğu kimi təhlil etsinlər. Biz də olduğu kimi Amerika cəmiyyətindəki hadisələri təhlil edib, münasibət bildiririk. Amma belə dinləmələrin bir prinsipi var. Müzakirələrə ancaq anti-Azərbaycan qüvvələri deyil, eyni zamanda Azərbaycandakı mövcud vəziyyəti həqiqətən bilən insanları da dəvət etmək lazımdır ki, müzakirələr birtərəfli yox, neytral keçsin".