- Köhnə - Siyasət
- 20 Fevral 2015 09:03
- 3 798
Qubad İbadoğludan ADR-dən istefa verənlərə REAKSİYA
Dünən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunan bir qrup gənc bəyanat imzalayaraq bu qurumdan getdiyini açıqlayıb.
Hərəkatın həmtəsisçisi Qubad İbadoğlu bu olaya aydınlıq gətirib.
O, AzNews.az-a açıqlamasında bildirib ki, adı siyahıda olan 5 gəncdən 3-ü bu bəyanata imza atmayıb: "Birincisi, ADR Hərəkatı hələ tam yaranmayıb, indiyə qədər reallaşdırılan fəaliyyətlər onun təsis olunması üçün həyata keçirilirdi. Fevralın 21-də saat 9.30-dan 13-dək Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək 1-ci (təsis) konfransda 2 nəfərin iştirak etməməsi bizim təsis olunmağımız üçün heç bir problem yaratmayacaq. İkincisi, ADR Hərəkatının strateji kursunu onun təsisçiləri 1-ci konfransda müəyyənləşdirəcəklər. Belə olan halda müəyyən olmayan strateji kursa etiraz edərək təsis edilməyən Hərəkatdan istefa verməyə dair barədə bəyanat absurddur".
Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun sədri Xəyyam Məmməd, ADR Hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun üzvləri - Ceyhun Bəhramov, Vüsal İsayev, Asiman Əlili və Əfqan Əhmədov sözügedən qurumdan istefa etdiklərini bildiriblər. Bu haqda məlumatı APA agentliyi yayıb. Ancaq sonra gənclərdən Vusal İsayev təkzib edərək təşkilatdan istefa vermədiyini vuğrulayıb.
Bahar RÜSTƏMLİ
AzNews.az