Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsis konfransı öz işinə başlayıb. Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsis konfransı öz işinə başlayıb.

Qubadın təşkilatının təsis konfransı başladı - FOTOLAR

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsis konfransı öz işinə başlayıb.



AzNews.az-ın məlumatına görə, konfransda hərəkatın Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu, Vurğun Əyyub, Səxavət Əlisoy, Ədalət Yusifov, Ellada Məmmədli, bir sözlə 30 rayon təşkilatının, gənclər və qadınlar qolunun formalaşdırılması üzrə Təşəbbüs Qrupunun üzvləri iştirak edir. Konfransa qonaq qismində ictimai xadimlər və media mənsubları da dəvət olunub.

Bu dəqiqələrdə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının 300-ə yaxın üzvü qeydiyyatdan keçib.

Konfransı giriş sözü ilə Hərəkatın Təşkilat Komitəsinin sədri Qubad İbadoğu açaraq gələn qonaqları salamladı.

Konfransda ADR Hərəkatının Nizamnamə və proqramı, 2015-2018-ci illər üçün strateji planı müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı 2014-cü ilin dekabrında yaradılıb. Hərəkatın Təşkilat Komitəsi 17 nəfərdən ibarət olub:
Akif Nəcəfli, Dünyaxanım Cərullayeva, Hamlet Səfixanlı, Hüseyn Məlik, Ədalət Yusibov, Ənvər Əhməd, Ellada Məmmədli, İsmayıl Yusibov, Qubad İbadoğlu, Məhəbbət Murad, Rafiq Abdullalı, Rövşən Dəmirli, Rüfət Əliyev, Sədaqət Paşayeva, Səxavət Əlisoy, Taleh Əliyev və Vurğun Əyyub.

Xatırladaq ki, ADR-in paytaxt və rayonlarda yaradılan təşəbbüs qrupunun əksər üzvləri Müsavat Partiyasının üzvləridir.

Bahar RÜSTƏMLİ
AzNews.az
image description image description image description image description image description image description