A.T.Rasi-zadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. A.T.Rasi-zadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Artur Rasi-zadəyə “Şöhrət” ordeni verildi - Sərəncam

A.T.Rasi-zadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.



AZNEWS.AZ AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafında töhfələrinə görə Artur Tahir oğlu Rasi-zadə "Şöhrət" ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Artur Rasizadə 26 fevral 1935-ci il tarixində Gəncədə anadan olub.

1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib.

1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.

1996-cı ilin may ayından Azərbaycan Respublikası baş nazirinin birinci müavini, 1996-2003-cü illərdə baş nazir, 2003-cü ilin avqust - noyabr aylarında baş nazirin birinci müavini vəzifələrində işləyib.

2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının baş naziridir.
Ailəlidir, bir övladı var.