- Köhnə - Siyasət
- 25 Fevral 2015 17:02
- 4 896
Astanadan ermənilərə ağır zərbə
Qazaxıstan höküməti Xocalı soyqırımı ərəfəsində erməni Levon Mirzoyanın adını daşıyan küçənin adını rəsmi şəkildə dəyişdirib.
AzNews.az xəbər verir ki, Astanada yerləşən həmin küçəyə məşhur qazax alimi Kanış Satpayevin adı verilib.
Qazax aliminin adının Astanadakı küçələrdən birinə verilməsi məsələsi 2014-cü ilin iyun ayının sonlarında Respublika Onomastik Komissiyanın iclasında müzakirəyə çıxarılmışdı. İclasda çıxış edən millət vəkilləri Mirzoyanın Qazaxıstan Mərkəzi Komitəsinə katib təyin edildiyi vaxtdan qazaxların başına gətirdiyi müsibətləri xatırladaraq onun adına olan küçənin adının dəyişdirilməsini təklif edirdilər.
Levon Mirzoyan Qazaxıstan KP MK-nın birinci katibi olarkən bir çox qazax ziyalılarının ölümünə səbəb olub. O, 1933-1938-ci illərdə Qazaxıstana rəhbərlik edərkən qazaxlara qarşı kütləvi repressiyalar törədib.
Qeyd edək ki, Levon Mirzoyan 1887-ci ldə Azərbaycanın Şuşa şəhərinin Əşan kəndində doğulub. Zaqafqaziyada sovet hakimiyyətinin bərqərar olmasında fəallıq göstərib. 1925-29-cu illərdə Azərbaycan Mərkəzi Komitəsinin katibi olub. 1933-cü ildə Mirzoyan Qazaxıstan Mərkəzi Komitəsinin katibi təyin edilib.
O, 1939-cu il fevral ayının 26-da Lefortovo həbsxanasında güllələnib.