Milli Şuradan Yeganə Hacıyevanın istefasına REAKSİYA

Milli Şuranın aparat rəhbərliyində çalışan Yeganə Hacıyeva bu qurumda fəaliyyətini dayandırıb.



Bu faktı Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev AzNews.az-a açıqlamasında təsdiq edib: "Yeganə Hacıyevanı Milli Şuraya şəxsən Cəmin Həsənlinin özü dəvət etmişdi. Bu xanım işgüzar olduğundan bizə aparat işlərində çox yardım etdi, ancaq özü heç vaxt Milli Şuranın üzvü olmayıb".



Qeyd edək ki, Yeganə Hacıyevanın Milli Şurada fəaliyyətinin dayandırılması haqda xəbəri APA yayıb. Y. Hacıyeva bunun səbəbini belə açıqlayıb: "Hesab etdim ki, seçkilərdə proseslərə başqa cür baxan komanda ilə iştirak edim. Çünki bir siyasətçi üçün ən önəmli şey illər sonra qarşısına qoyduğu hədəflərə çatıb-çatmamasını dəyərləndirməkdir. Düşündüm ki, ən optimal variant "125"lər siyasi klubunda siyasi fəaliyyəti davam etdirmək və seçkilərdə iştirak etməkdir".




Bahar RÜSTƏMLİ
AzNews.az