Nemtsovun qətlində adı hallanan azərbaycanlı polkovnikdən - Açıqlama

Azərbaycanlı polkovnik İsa Sadıqov Nemtsovun qətlində adının hallanmasına münasibət bildirib.

O, AzNews.az-a açıqlamasında deyib ki, əgər belə bir sayiə yayıblarsa, deməli Nemtsovun qatilləri tapılmayacaq: "Necəki Anna Politkovskayanın, Magnitskinin, Yestemirovanın, Litvinenkonun qatilləri tapılmayıb. Boris Nemtsovun ölümündə ancaq və ancaq Putin rejimi maraqlı idi. Bilirsiniz ki, Nemtsov müharibənin əleyhinə böyük mitinqlər, yürüş təşkil edirdi. Yaz, yay aylarında da böyük tədbirlərə təkan verməli idi və Rusiyanın müharibədə istirakını sənədlərlə sübüt etməyə hazırlaşırdı. Bilirsiniz ki, vəziyyət Rusiyada dəyişir, sanksiyalar, müharibə və s. problemlər bu ölkəni bürüyür və get-gedə Putin rejiminin vəziyyəti agırlaşır. Belə olan halda Nemtsovun ölümündə Ukrayna yox, ilk növbədə Putin rejimi maraqlı idi. Guya deyirlər ki, bu qətli Ukrayna xüsusi xidmət orqanları təşkil edib. Bu, gülünc bir versiyadır və bu versiyanı ortalıga atmaqla ruslar bu qətli araşdırmaq fikrində deyil".

İ.Sadıqov "Cövhər Dudayev" adlı batalyonu tanımadığını və orada qərargah rəisi olmadığını da vurğulayıb.

Qeyd edək ki, Nemtsovun ölümünü araşdıran istintaq briqadası onun qətlində Ukrayna izinin olduğunu istisna etmir. Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə qətlə yetirildiyi iddia edilən Nemtsovun ölümünü isə Cövhər Dudayev adına çeçen batalyonunun təşkil etdiyi qeyd edilir.

Hüquq-mühafizə orqanlarında olan mənbənin məlumatına görə, qətlin təşkilatçısı həmin bölüyün hazırki komandiri, Rusiya prezidenti Vladimir Putinə sui-qəsd hazırlamaqda ittiham edilərək haqqında cinayət işi açılan Adam Osmaev və onun həyat yoldaşı Amina Okuevadır.

Nəşr yazır ki, Munayevin yaratdığı və terrorçuları maliyyələşdirməkdə ittiham olunan "Azad Qafqaz" hərəkatının tərkibində azərbaycanlı polkovnikin də adınının hallanmasıdır. Belə ki, batalyonun qərargah rəisinin Azərbaycan müdafiə nazirinin sabiq müavini olmuş və hazırda axtarışda olan İsa Sadıqov olduğu qeyd edilir.

Bahar RÜSTƏMLİ
AzNews.az