Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeus İvinski Azərbaycana reallaşdırdıqları faktaraşdırıcı səfərləri ilə bağlı bəyanat yayıblar. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeus İvinski Azərbaycana reallaşdırdıqları faktaraşdırıcı səfərləri ilə bağlı bəyanat yayıblar.

AŞPA həmməruzəçiləri bəyanat yaydı- Azərbaycanla bağlı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeus İvinski Azərbaycana reallaşdırdıqları faktaraşdırıcı səfərləri ilə bağlı bəyanat yayıblar.



APA-nın Avropa Şurasının saytına istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir ki, səfər çərçivəsində onlar Azərbaycan prezidenti İlham Əliyevlə, Prezident Administrasiyasında, parlamentin spikeri ilə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə, baş prokuror, ədliyyə naziri və Mərkəzi Seçki Komissiyasının rəhbəri ilə görüş keçiriblər. Həmçinin vətəndaş cəmiyyətinin üzvləri və beynəlxalq ictimaiyyət üzvləri ilə də keçirilib.

Həmməruzəçilər həbs-qətimkan tədbiri seçilmiş şəxslərin vəkilləri ilə görüşüb, məhbuslara, o cümlədən Anar Məmmədliyə baş çəkiblər.

Müzakirələr noyabrda Azərbaycanda baş tutacaq parlament seçkiləri ərəfəsində siyasi vəziyyət, məhkəmələrin azadlığı və fəaliyyəti, həmçinin ölkədə insan haqları sahəsində vəziyyət istiqamətində olub.