Azərbaycanda terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə hallarının sayı artıb. AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Azərbaycanda terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə hallarının sayı artıb. AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Azərbaycan höküməti illik hesabat verir

Azərbaycanda terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə hallarının sayı artıb. AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Hesabatda deyilir ki, Nazirlər Kabinetinin "Terrorçuluq barədə bilə-bilə yalan məlumat yayılması hallarının qarşının alınmasına dair Kompleks Tədbirlər Planı"nın aidiyyəti müddəalarının yerinə yetirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyi (DİN) Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Bakı şəhəri üzrə mövcud olan 1384 taksofon aparatından köhnə tipli 989-u istismardan çıxarılıb, habelə yeni modifikasiyalı 395 takosofon aparatından 222-nin "Təhlükəsiz şəhər" avtomatlaşdırılmış idarəetmə sistemi kameralarının, 123-nün digər təşkilatların videokameralarının görüntü dairəsində, 50-nin qapalı ərazidə yerləşdirilməsi təmin edilib.

Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə hallarının qarşısının alınması üçün yerli icra hakimiyyəti və prokurorluq orqanları, Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Təhsil Nazirliyi ilə qarşılıqlı əlaqədə kütləvi informasiya vasitələrində, müxtəlif telekanallarda, ümumtəhsil, orta ixtisas və texniki peşə məktəblərində, ali təhsil müəssisələrində, habelə yetkinlik yaşına çatmayanlar, çətin tərbiyə olunan uşaqlar arasında zəruri profilaktik tədbirlər həyata keçirilib, o cümlədən maarifləndirmə işləri aparılıb. 2014-cü il ərzində körpülərə, ticarət mərkəzlərinə, yanacaqdoldurma məntəqələrinə, inzibati binaların girişinə "partlayıcı qurğu" qoyulması barədə DİN-ə və Fövqəladə Hallar Nazirliyinə (FHN) daxil olmuş ümumilikdə 59 məlumatın hər birinə adekvat cavab verilib.

Keçirilmiş tədbirlərlə terroçuluq barədə bilə-bilə yalan məlumat verən 30 şəxs müəyyən olunub, həmin faktlar üzrə başlanılan 14 cinayət işindən 5-nin istintaqı tamamlanaraq məhkəməyə göndərilib.

Qeyd edək ki, 2013-cü ildə "partlayıcı qurğu"larla bağlı 41 məlumat qeydə alınıb.