Azərbaycan Prezidenti İlham Əliyev Şahin Məmmədova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Prezidenti İlham Əliyev Şahin Məmmədova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Daxili Qoşunların komandanının rütbəsi artırıldı

Azərbaycan Prezidenti İlham Əliyev Şahin Məmmədova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.



Sərəncamda deyilir ki, Azərbaycan daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı Şahin İsgəndər oğlu Məmmədova general-leytenant hərbi rütbəsi verilsin.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda musiqi sənətinin inkişafındakı xidmətlərinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə kapitan Cahangir Qafar oğlu Qurbanova "Əməkdar artist" fəxri adı verilib.

AzNews.az