Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Qətər Dövlətinin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulait ilə görüşüb. Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Qətər Dövlətinin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulait ilə görüşüb.

Kəmaləddin Heydərov Qətərin nəqliyyat naziri ilə görüşdü - FOTO

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Qətər Dövlətinin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulait ilə görüşüb.


İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Qətər arasında əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Qətər nümayəndə heyətinin Azərbaycana növbəti səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyi qeyd edilib. Hazırda Azərbaycan və Qətər arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıq uğurla davam edir, əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Ş.Mustafayev sənaye və kənd təsərrüfatı sahəsində əməkdaşlığa, eləcə də Azərbaycana, Qətərə və üçüncü ölkələrə sərmayə qoyuluşu imkanlarına dair fikirlərini bölüşüb Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir ölkəmizin əlverişli coğrafi mövqeyə, müasir nəqliyyat infrastrukturuna və böyük iqtisadi potensiala malik olduğunu diqqətə çatdırıb.

Qətər Dövlətinin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulait ölkəmizə səfərindən və səmimi qəbuldan məmnunluğunu ifadə edib, dövlət başçıları tərəfindən əsası qoyulmuş Azərbaycan-Qətər əlaqələrinin inkişaf etdiyini vurğulayıb. Qətərin iqtisadiyyatı, ölkəsində həyata keçirilən layihələr barədə danışan qonaq Azərbaycanla əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edib, ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, investisiya qoyuluşu sahəsində birgə layihələrin həyata keçirilməsi, təhsil və təcrübə mübadiləsi üçün imkanların olduğunu bildirib.

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.