Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Qarsda inşası tamamlanan Heydər Əliyev Peşə və Anadolu Texniki Məktəbinin açılışını etmək üçün təşkil olunan mərasimdə iştirak edib. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Qarsda inşası tamamlanan Heydər Əliyev Peşə və Anadolu Texniki Məktəbinin açılışını etmək üçün təşkil olunan mərasimdə iştirak edib.

“Heydər Əliyevin adını yaşadırıq” – Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Qarsda inşası tamamlanan Heydər Əliyev Peşə və Anadolu Texniki Məktəbinin açılışını etmək üçün təşkil olunan mərasimdə iştirak edib.



AZNEWS.AZ xəbər verir ki, çıxışında o, 424 şagirdə xidmət edəcək liseyə xeyir arzulayıb.

Ərdoğan daha sonra "Mərhum prezident Heydər Əliyevin adını yaşadırıq, yaşatmağa da davam edəcəyik" sözlərini deyib və layihəni həyata keçirən hər kəsə təşəkkür edib:
"Azərbaycan başda olmaqla 5 min illik ortaq bayramımız olan Novruz bayramımız mübarək. Bu bayramın xeyirlərə vəsilə olmasını, dünyaya sülh və əmin-amanlıq gətirməsini arzu edirəm".

Daha sonra R.T.Ərdoğan Dağlıq Qarabağ münaqişəsindən danışıb. O, Anadoluda yaşayan insanların Qarabağda zülmə məruz qalan əhalinin dərdinə şərik olduğunu qeyd edib.

Rəcəb Tayyib Ərdoğan türklərlə azərbaycanlıların qardaş olduğunu deyərək, Bəxtiyar Vahabzadənin İstanbul şeirini səsləndirib. Prezident sözlərini belə davam edib: "Qarabağda zülm görən azərbaycanlı qardaşlarımızın acısı bizi üzür".

Qarsın Səlim rayonunda keçirilən kütləvi açılış mərasimində Ərdoğanla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Margvelaşvili də iştirak edib.