ABŞ Azərbaycanda dörd nəfər QHT təmsilçisinin azad edilməsini dəstəkləyir. ABŞ Azərbaycanda dörd nəfər QHT təmsilçisinin azad edilməsini dəstəkləyir.

ABŞ İlham Əliyevin əfv sərəncamını alqışladı

ABŞ Azərbaycanda dörd nəfər QHT təmsilçisinin azad edilməsini dəstəkləyir.

AzNews.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin təmsilçisi Cen Psaki bildirib.

"ABŞ martın 18-də elan edilmiş əfv fərmanını və Seçkilərin monitorinq mərkəzinin direktoru Bəşir Süleymanlının, həmçinin Azərbaycan QHT-lərinin daha 3 təmsilçisinin azad edilməsini alqışlayır", - deyə Psaki vurğulayıb.

ABŞ təmsilçisi Azərbaycanı bu istiqamətdə "əlavə müsbət addımlar" atmağa çağırıb.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bu həftə 101 məhbusun əfvi ilə bağlı sərəncam verib.