Prezident İspaniyanın Kralına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib.



Başsağlığında deyilir: "Əlahəzrət, "Germanwings" şirkətinə məxsus A320 təyyarəsinin Fransanın cənub-şərqində qəzaya uğraması nəticəsində çoxlu sayda həmvətəninizin həlak olması xəbəri məni olduqca kədərləndirdi.Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".