2015-ci ildə məhv edilmiş erməni hərbçiləri - FOTOLAR

2015-ci ilin əvvəllərindən Ermənistan silahlı qüvvələri cəbhə xəttində görünməmiş sayda itki veriblər.



İtkilərin dəqiq sayı məlum olmasa da, hərbi sahədə monitorinq aparan QHT-lər bu itkilərin rəsmi itkilərdən qat-qat çox olduğnu bildirir.

AzNews.az Modern.az-a istinadən 2015-ci ilin geridə qalan dövründə təmas xəttində məhv edilən hərbi qulluqçuların siyahısını təqdim edir.



Martın 19-da Goranboy rayonunu Gülüstan kəndi istiqamətində törədilən təxribat-diversiya hücumu zamanı Ermənistan ordusunun 4 hərbi qulluqçusu - Akop Xaçatryan (1996), Eduard Ayrapetyan (1995), Arşak Arutunyan (1995) və Samvel Akopyan (1996) məhv edilmişdi.



Martın 3-də 1995-ci il təvəllüdlü Arsen Karapetyan cəbhənin Ağdam istiqamətində məhv edilib.



Fevralın 28-də cəbhənin şimal-şərq istiqamətində Ermənistan ordsunun iki hərbi quluqçusu Artak Aqekyan (1979) və Ayk Baroyan (1995) öldürülmüşdü.



Fevralın 27-də Ermənistan ordusunun hərbçisi Albert Səfəryan (1996-cı il) cəbhə xəttində məhv edilib.



Fevralın 5-də düşmən əsgəri Şekspir Akopyan (1990-cı il) qoşunların təmas xəttində məhv edilib.



Yanvarın 23-də Azərbaycanın Ermənistanıa həmsərhəd Tovuz rayonu istiqamətində düşmənin 2 hərbi qulluqçusu leytenant Karen Qalstyan (1994) və əsgər Artak Sarkisyan öldürülmüşdü.



Yanvarın 20-də Dağlıq Qarabağda qoşunların təmas xəttində baş verən toqquşma zamanı erməni hərbçisi Suren Pilosyan (1995) öldürülmüşdü.

Yanvarın 21-də Ermənistanın Berd rayonu istiqamətində 1980-ci il təvəllüdlü hərbi qulluqçu Arman Udumyan məhv edilmişdi.



Yanvarın 17-də Tovuz rayonu istiqamətində baş verən atışam zamanı Ermənistan əsgəri Arman Arutunyan (1994) məhv edilmişdi.



Yanvarın 3-ü Azərbaycan-Ermənistan qoşunlarının Dağlıq Qarabağ istiqamətində təmas xəttində baş verən döyüş zamanı iki ermənistanlı hərbi quluqçu Karen Qriqoryan və Vardan Mkrtçyan məhv edilmişdi.