Özbəkistanda prezident seçkiləri keçirilir

Özbəkistanda prezident seçkiləri keçirilir.

APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, seçki məntəqələri yerli vaxtla saat 06.00-da açılıb və 20.00-da bağlanacaq.

Prezidentlik uğrunda 4 namizəd mübarizə aparır. Mövcud prezident İslam Kərimovun rəqibləri Xalq Demokrat Partiyasından Hatəmcon Ketmonov, "Milli tıklaniş" Demokrat Partiyasından Akmal Saidov və Sosial-Demokrat "Adolat" Partiyasından Narimon Umarovdur.

Ölkə üzrə 135 seçki dairəsi və 9058 seçki məntəqəsi fəaliyyət göstərir. Xaricdəki diplomatik nümayəndəliklərdə 44 seçki məntəqəsi açılıb. 20,8 milyon seçici səsvermə hüququna malikdir. Seçicilərin 33 faizindən çox iştirak edərsə, seçki baş tutmuş sayılır.