Ukrayna Ali Radasının nümayəndə heyəti Milli Məclisdə oldu - VİDEO

“Azərbaycan bizim də öyrənəcəyimiz nümunəvi ölkədir”.



AZNEWS.AZ xəbər verir ki, bu fikri Ukrayna Ali Radasının Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Roman Nəsirov Milli Məclisdə keçirdikləri görüşdə səsləndirib.

Görüşdə qanunverici orqanlar arasında əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparılıb.

Ukrayna Ali Radasının Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə işçi qrupun Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupla görüşündə əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən qanunverici orqanlar arasında əlaqələrin daha da möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Eldar İbrahimov qonaqlara Azərbaycan parlamentinin fəaliyyəti, qanun yaradıcılığı prosesi, beynəlxalq əməkdaşlığı barədə geniş məlumat verib.

Bildirib ki, ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan yaxşı əməkdaşlıq möcvuddur: "Ölkələrimiz beynəlxalq qurumlarda da bir-birilərinin maraqlarını müdafiə edir və dəstəkləyir".

Ukrayna Ali Radasının Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Roman Nəsirov isə deyib ki, onun təmsil etdiyi qrupa 27 parlamentari daxildir: "Bu deputatların hər biri qanunverici orqanlarımız arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bizim ölkələrimiz arasında hər zaman səmərli əməkdaşlıq mövcud olub. Azərbaycan bizim də öyrənəcəyimiz nümunəci ölkədir. Burada gedən hərtərəfli inkişaf göz qarşısındadır".

Qeyd edək ki, görüşdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov da iştirak edib.