“Ukrayna Ali Radası nümayəndə heyətinin Azərbaycana səfəri ölkələrimiz arasında parlamentlərarası əlaqələrin daha da inkişafına xidmət edəcək”. “Ukrayna Ali Radası nümayəndə heyətinin Azərbaycana səfəri ölkələrimiz arasında parlamentlərarası əlaqələrin daha da inkişafına xidmət edəcək”.

“Bu səfər siyasi fəaliyyətin yüksək səviyyədə olmasından xəbər verir”

“Ukrayna Ali Radası nümayəndə heyətinin Azərbaycana səfəri ölkələrimiz arasında parlamentlərarası əlaqələrin daha da inkişafına xidmət edəcək”.



Bu barədə açıqlamanı AZADİNFORM-a Ali Radanın deputatlarını Bakıda müşayiət edən, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Ukrayna nümayəndəliyinin rəhbəri Hikmət Cavadov verib.

H.Cavadov bildirib ki, diaspor olaraq onlar da iki ölkə arasında münasibətlərin inkişafında və qarşılıqlı səfərlərin tez-tez həyata keçirilməsində maraqlıdırlar: "Bildiyiniz kimi bu günədək Azərbaycanla Ukrayna arasında -100-dən çox sənəd imzalanıb. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan beynəlxalq aləmdəki mövqelərini daha da gücləndirmək, milli dövlətçilik maraqlarını təmin etmək və dünyadakı tərəfdaşları ilə əlaqələrini genişləndirmək istiqamətində siyasətini uğurla davam etdirir. Bu mənada, inamla demək olar ki, Azərbaycan ilə Ukrayna arasında strateji müttəfiqlik münasibətləri genişlənir. Rəsmi Kiyev də bütün proseslərdə Azərbaycanın əsas strateji müttəfiqlərindən biri kimi çıxış edir, bütün istiqamətlər üzrə qarşılıqlı maraq doğuran məsələlərdə birgə əməkdaşlığı inkişaf etdirir. Diaspora olaraq düşünürük ki, siyasi münasibətlərimiz, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və fəal əməkdaşlığımız yüksək səviyyədədir".

H.Cavadov bildirib ki, bu gün Azərbaycanla Ukrayna arasında ənənəvi mehriban, səmimi dostluq münasibətləri var: "Çətin məqamlarda hər iki ölkə bir-birinə dayaq olub. Təbii ki, bu ənənələrin əsasını Ümummilli lider Heydər Əliyev qoyub. Ukrayna üçün çox ağır illərdə Ulu öndər Heydər Əliyev bu ölkəyə dəstəyini əsirgəməyib, ukraynalılar da bu dəstəyi heç vaxt unutmur. İki ölkə arasındakı xeyirxahlıq ənənələri bu gün Prezident İlham Əliyev uğurla davam etdirir".

UABD-nun sədri bildirib ki, diaspor olaraq onlarda münasibətlərin inkişafına bu və ya digər mənada dəstək verməyə çalışırlar: "Hər iki ölkənin beynəlxalq təşkilatlardakı qarşılıqlı dəstəyə əsaslanan fəaliyyəti kifayət qədər yüksək səviyyədə davam edir. Ukrayna Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. İki ölkə arasında siyasi baxımdan da fəal dialoq aparılır. Dövlət başçıları, habelə digər rəsmi nümayəndələrin, bu gün isə parlamentarilərin qarşılıqlı səfərləri ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yüksək səviyyədə olmasından xəbər verir".