“Bu, onların hansı iyrəncliklərə malik olduğunu göstərir” – Adil Əliyev

“1918-ci il 31 Mart soyqırımı erməni vəhşiliyinin əyani və bariz sübutudur. Bu soyqırım hadisəsi ermənilərin Türk dünyasına qarşı apardıqları iyrənc və məkrli siyasəti açıq aydın ortaya qoyur”.


AzNews.az xəbər verir ki, bu sözləri özünün facebook səhifəsində Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev yazıb.

"Mart soyqırımı XIX əsrin sonlarında başlayaraq ermənilərin Anadoluda, 1905-06-ci illərdə Azərbaycanda,1915-ci illərdə Türkiyədə törətdikləri siyasətin davamı idi. 1918-ci ilin 31 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan,Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar təəssüf ki,dünya birliyi tərəfindən hələ də öz hüquqi qiymətini almayıb. Ermənilər insanları amansızlıqla qətlə yetiriblər. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib. On minlərlə insan itkin düşüb. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Azərbaycan prezidenti,ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib",-deyə millət vəkili qeyd edib.

Elnur Eltürk