Aprelin 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Gürcüstanın Müdafiə naziri cənab Mindia Canelidze arasında ikitərəfli formatda görüş keçirilib. Aprelin 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Gürcüstanın Müdafiə naziri cənab Mindia Canelidze arasında ikitərəfli formatda görüş keçirilib.

Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşdü

Aprelin 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Gürcüstanın Müdafiə naziri cənab Mindia Canelidze arasında ikitərəfli formatda görüş keçirilib.



Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirilib.

Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.