“Könüllü surətdə ölkəmizə gələn Andranikə Azərbaycan pasportu verilməlidir”. “Könüllü surətdə ölkəmizə gələn Andranikə Azərbaycan pasportu verilməlidir”.

Azərbaycana keçən erməniyə pasport verilməlidir – Millət vəkili

“Könüllü surətdə ölkəmizə gələn Andranikə Azərbaycan pasportu verilməlidir”.



AzNews.az xəbər verir ki, bunu millət vəkili İqbal Ağazadə Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. O bildirib ki, digər erməni əsilli Azərbaycan vətəndaşlarına müraciət edilməlidir ki, ölkəmizə gəlsinlər:
"Hətta, 3-cü ölkədən mümkün olsa belə bu addımı atsınlar. Çünki, Azərbaycanda milli ayrı-seçkiliklə bağlı heç bir problem yoxdur. Azərbaycanın dövlət orqanları, o cümlədən XİN və Prokurorluq müraciət etməlidir ki, hətta müharibədə iştirak edənlərə güzəşt edilsin. Beləliklə, həmin şəxslərə qaçqın statusu verilməsi mümkün olacaq".

Spiker Oqtay Əsədov isə bu təkliflə bağlı öz fikrini səsləndirib: "Çox elan olsa qorxuram ki, hamısı qaçqın statusu almaq üçün Azərbaycana gələr".