Prezident İlham Əliyev Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun müavini Mitsuhiro Furusavanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun müavini Mitsuhiro Furusavanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İlham Əliyev BVF-nin nümayəndə heyətini qəbul etdi

Prezident İlham Əliyev Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun müavini Mitsuhiro Furusavanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Görüşdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb, tədbirə hazırlığın yüksək səviyyədə təşkil edildiyi bildirilib. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli məkan və bu istiqamətdə yaxşı təcrübəyə malik olduğu məmnunluqla qeyd edilib.

Söhbət zamanı Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi vurğulanıb və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.