Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Pakistan İslam Respublikasının maliyyə, gəlir, iqtisadi məsələlər, statistika və özəlləşdirmə naziri Mohammad İshaq Darı qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Pakistan İslam Respublikasının maliyyə, gəlir, iqtisadi məsələlər, statistika və özəlləşdirmə naziri Mohammad İshaq Darı qəbul edib.

İlham Əliyev pakistanlı naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Pakistan İslam Respublikasının maliyyə, gəlir, iqtisadi məsələlər, statistika və özəlləşdirmə naziri Mohammad İshaq Darı qəbul edib.


AzNews.az xəbər verir ki, nazir Mohammad İshaq Dar Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını dövlətimizin başçısına çatdırıb.

O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini və bu dəstəyin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib.

Mohammad İshaq Dar Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistanda həyata keçirdiyi bir sıra sosial və humanitar layihələrə görə ölkəsinin xalqının və rəhbərliyinin minnətdarlığını ifadə edib.

Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığımızın da bu səviyyəyə çatdırılmasının önəmini qeyd edib.

Pakistan Prezidentinin ölkəmizə səfərini və onunla keçirdiyi müxtəlif görüşləri məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu görüşlər zamanı ölkələrimiz arasında maliyyə, iqtisadiyyat, investisiya qoyuluşu və digər sahələrlə bağlı məsələləri müzakirə etdiklərini vurğulayaraq ikitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının da yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev Xocalı soyqırımı ilə bağlı Pakistan parlamentində qəbul edilən qətnaməyə görə təşəkkürünü bildirib.

Dövlətimizin başçısı Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.