- Köhnə - Siyasət
- 7 May 2015 13:21
- 3 250
İlham Əliyev və xanımı açılışda iştirak etdi
Mayın 7-də Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışı olub.
AZNEWS.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni inzibati binanın açılışında iştirak ediblər.
Dövlətimizin başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib.
Sonra xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış olub.
Daha sonra dövlətimizin başçısı veteranlarla görüşüb.