Pakistanda qəzaya uğrayan, içərisində səfirlərin olduğu helikopterdə uçmaqdan Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov son anda imtina edib. Pakistanda qəzaya uğrayan, içərisində səfirlərin olduğu helikopterdə uçmaqdan Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov son anda imtina edib.

“Həmin helikopterdə uçmaqdan son anda imtina etdim“ - Daşqın Şikarov

Pakistanda qəzaya uğrayan, içərisində səfirlərin olduğu helikopterdə uçmaqdan Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov son anda imtina edib.


Səfir APA-ya açıqlamasında deyib ki, Pakistan baş nazirinin xanımı tərəfindən bu gün Talassemiya Mərkəzində keçiriləcək tədbirə dəvət edildiyi üçün xarici ölkələrin səfirləri ilə birlikdə Gilgit-Baltistana uçmaqdan imtina edib: "Helikopter nasaz olub. Eniş etmək istəyərkən texniki problem yaranıb və məktəblərdən birinin üstünə düşüb. Mənim adım uçanlar siyahısında olub. Xəstəxanalara gətirilən yaralılar arasında olmadığım üçün mənim öldüyümə qərar veriblər və bu gün Pakistanda bir sıra media orqanı məni də hadisədə ölmüş kimi qələmə verib. Sonradan mən onlara zəng edib məsələyə aydınlıq gətirdim".

Səfir bildirib ki hadisə zamanı Norveç və Filippinin Pakistandakı səfirləri, Malayziya və İndoneziya səfirlərinin isə xanımları ölüb, bir neçə nəfər yaralanıb.