Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mayın 16-da mitinq keçirməklə bağlı təklifi qəbul etməyib. Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mayın 16-da mitinq keçirməklə bağlı təklifi qəbul etməyib.

Milli Şura mitinq keçirməyəcək

Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mayın 16-da mitinq keçirməklə bağlı təklifi qəbul etməyib.


AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında bildirib ki, bu barədə qərar bu gün Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısında verilib.

Onun sözlərinə görə, Milli Şura BŞİH-i məhkəməyə verəcək. F. Qəhrəmanlı növbəti aksiya ilə bağlı BŞİH-ə yenidən müraciət edəcəklərini vurğulayıb.

Xatırladaq ki, Milli Şura mayın 17-də mitinq keçirmək üçün BŞİH-ə müraciət edib. BŞİH isə aksiyanın mayın 16-da keçirilməsini məqsədəuyğun hesab edib.