“Son 3 ay ərzində iqtidar-müxalifət görüşündə müzxakirə olunmaq üçün Prezident Administrasiyasına bir neçə təklif daxil olub. “Son 3 ay ərzində iqtidar-müxalifət görüşündə müzxakirə olunmaq üçün Prezident Administrasiyasına bir neçə təklif daxil olub.

Müxalifətdən ciddi təklif gəlmədi - Əli Həsənov

“Son 3 ay ərzində iqtidar-müxalifət görüşündə müzxakirə olunmaq üçün Prezident Administrasiyasına bir neçə təklif daxil olub.

Lakin faktiki, heç biri hamının marağını kəsb edəcək və bu gün Azərbaycan cəmiyyəti üçün aktual olacaq ciddi bir təklif deyildi. Yeganə təklif "Azadlıq-2015" blokun adından daxil olmuşdu. Azərbaycanda qarşıdan gələn seçkilərlə bağlı seçki islahatları və siyasi partiyaların seçkilərdə iştirakı ilə bağlı bir ümumiləşmiş təklif idi. Lakin hakimiyyət olaraq bu gün bu təklifi siyasi partiyalarla müzakirə etməyə hazır deyil və hazırda hakimiyyət olaraq, siyasi partiyalarla seçki islahatları və qarşıdan gələn seçkiləri gündəmə çıxmağa lüzum görmürük. Ona görə də bu mövzudan vaz keçdik".

AzNews.az xəbər verir ki, bu sözləri bu gün keçirilən iqtidar-müxalifət görüşündə Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

O, görüşdə bu gün Azərbaycan cəmiyyətini daha çox maraqlandıran məsələ - ölkəmizdə keçirilən Avropa Oyunlarının müzakirəsinin aktual olduğunu bildirib: "Ölkəmizin gündəmində dayanan əsas məsələ I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi və onun təşkili, ümumiyyətlə, bu oyunlara daxildə və xaricdəki münasibət məsələləri olduğuna görə mən düşünürəm ki, cəmiyyətin aparıcı siyasi institutları da bu məsələdən kənarda qalmamalıdır. Buna görə də fikirləşdik bugünkü görüşdə bu məsələni müzakirə edək. Amma mən təklif edirəm ki, bundan başqa biz bura cari məsələlər də əlavə edək. Ümumiləşmiş bir mövzunu müzakirəyə çıxartmaqla bərabər siyasi partiya rəhbərlərini maraqlandıran digər məsələləri də bu görüşdə müzakirə edək".
image description image description image description image description image description