Məlum olduğu kimi, Prezident İlham Əliyev ötən gün Bakının Binəqədi rayonu ərazisində baş verən yanğınla əlaqədar hadisə yerinə gəlib. Məlum olduğu kimi, Prezident İlham Əliyev ötən gün Bakının Binəqədi rayonu ərazisində baş verən yanğınla əlaqədar hadisə yerinə gəlib.

Prezident sərt danışdı: “Bu məlumatlar ziddiyyət təşkil edir” - VİDEO

Məlum olduğu kimi, Prezident İlham Əliyev ötən gün Bakının Binəqədi rayonu ərazisində baş verən yanğınla əlaqədar hadisə yerinə gəlib.



AzNews.az xəbər verir ki, dövlət başçısı binaya baxış keçirdikdən sonra
yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının lk iclasını keçirib.

Prezident yanğının nəticələrinin aradan qaldırılması üçün dövlət səviyyəsində görülən tədbirlərdən danışıb. Dövlət başçısı hadisənin baş verməsində təqsirli bilinən şəxslər barədə cinayət işinin qaldırıldığını və onların ciddi şəkildə cəzalandırılacağını deyib. İlham Əliyev bildirib ki, yanğının baş verməsinin ilkin versiyası binanın keyfiyyətsiz və oda davamsız materiallarla üzlənməsidir:
"Onu da qeyd etməliyəm ki, hal-hazırda Bakı şəhərində oxşar üzlük materialları ilə üzlənmiş binalar kifayət qədər çoxdur və bəzi məlumatlara görə, 200-dən çoxdur və artıq dünəndən mən Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə göstəriş vermişəm ki, bütün buna oxşar materiallarla üzlənmiş binalarda ekspertiza dərhal keçirilsin. O materialalrın tərkibi dəqiq öyrənilsin. Və əgər hər hansı bir təhlükə varsa, tezliklə bu üzlük materialları çıxarılsın, sökülsün və beləliklə heç bir təklükə olmasın. Ancaq qeyd etməliyəm ki, bu işlər bundan əvvəl görülməli idi. Əgər bütün işlər düzgün şəkildə qurulsa idi, bu hadisə baş verməzdi. Bir də demək istəyirəm ki, indi mənə müxtəlif məlumatlar gəlir və bəzi hallarda bu məlumatlar ziddiyyət təşkil edir. Ona görə də, burada aydınlıq olmalıdır. Azərbaycan vətəndaşları bilməlidirlər ki, günahkarlar kimdir və bu hadisəyə görə kim məsuliyyət daşıyacaq".

İlham Əliyev hadisə zamanı həlak olanların ailələrinə və yaralılara maddi təminat verilməsi, yanğına məruz qalmış binanın və mənzillərin tezliklə dövlət hesabına təmir edilməsi, mənzillərin ev əşyaları ilə təchiz olunması, yanğın zamanı məhv olmuş sənədlərin yenidən verilməsi və digər tədbirlərlə bağlı tapşırıqlarını verib:

"Hər kəs nəticə çıxarmalıdır. Hər bir dövlər məmuru öz məsuliyyətini dərk etməlidir. Və bir də qeyd etməliyəm ki, heç kim cəzasız qalmayacaq. Günahkar insanlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcək".


Dövlət başçısının yanan binaya baş çəkməsi və iclasla bağlı hazırlanan videonu təqdim edirik: