Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər şöbəsinin sədri İsa Qurbanov partiya üzvlüyündən və tutduğu vəzifədən istefa verib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər şöbəsinin sədri İsa Qurbanov partiya üzvlüyündən və tutduğu vəzifədən istefa verib.

AXCP-də daha bir istefa

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər şöbəsinin sədri İsa Qurbanov partiya üzvlüyündən və tutduğu vəzifədən istefa verib.


AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı isə AzNews.az-a açıqlamasında istefadan xəbərsiz olduğunu deyib: "Partiyada bununla bağlı heç bir məlumat yoxdur".

Xatırladaq ki, İ.Qurbanov bu il mart ayının 10-da DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Nərimanov rayon məhkəməsi isə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Qeyd edək ki, İsa Qurbanovun istefa bəyanatını "Avropa.info" saytı yayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az