Ərdoğandan İlham Əliyevə: “Hər cür dəstək verməyə hazırıq”

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib.



AzNews.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli Prezident, əziz qardaşım,
Bakıdakı yaşayış binasında baş verən və çoxlu sayda insanın ölümünə səbəb olan yanğın hadisəsi haqqında xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu faciəli hadisədə dünyasını dəyişən qardaş və bacılarımıza millətim adından və şəxsəm öz adımdan Allahdan rəhmət diləyir, onların ailələrinə, Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına başsağlığı verir, yaralılara tezliklə sağalmalarını arzu edirəm.

Ehtiyac yaranarsa, Türkiyənin bu məsələdə Azərbaycana hər cür dəstək verməyə hazır olduğuna heç bir şübhəniz qalmasın.

Sizə ən səmimi salamlarımı çatdırıram.

Dərin hörmətlə, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan".