Cəbhə xəttində təxribat davam edir

Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində təxribatı davam edir. Müdafiə Nazirliyindən Trend-ə daxil olan məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam rayonunun işğal olunmuş Şirvanlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az