- Köhnə - Siyasət
- 15 Oktyabr 2012 06:50
- 10 980
Elşad Abdullayevin yaratdığı daha bir qalmaqal

Eynulla Fətullayev Çingiz Qənizadəni niyə tanımadı?
"İnsan haqları uğrunda" İctimai Birliyin rəhbəri Eynulla Fətullayev millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadənin ittihamlarına cavab verib. E.Fətullayev AzNews.az-a deyib ki, Ç.Qənizadənin onun barəsində nə deməsi hər hansı əhəmiyyət kəsb etmir: "Mən Çingiz Qənizadə dediyiniz adamı tanımıram və bu cür məsələlərə cavab vermək əhəmiyyətsizdir".
Xatırladaq ki, E.Fətullayev Elşad Abdullayevin Çingiz Qənizadə ilə görüşdən sonra naməlum şəxslər tərəfindən izləndiyini deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, E.Abdullayev onda Çingiz Qənizadənin ona qarşı təşkil etdiyi bu təxribat xəbərini Azərbaycan cəmiyyətinin diqqətinə çatdırmağı xahiş edib.
Öz növbəsində Ç.Qənizadə E.Fətullayevə cavab verib. Bu şəxs barədə danışmaq istəmədiyini deyən deputatın sözlərinə görə, E.Fətullayev son günlər yalnız imkanlı şəxsləri müdafiə etməyə cəhd göstərir: "Mən Eynulla Fətullayevə cavab verib özümü onun səviyyəsinə salmaq istəmirəm. Eynulla Fətullayev son günlər yalnız imkanlı şəxsləri müdafiə etməyə cəhd göstərir. Deyəsən, onda maddi imkansızlıq yaranıb, ona görə belə insanlarla əlaqə qurmaqla imkanlaşmaq istəyir".
Vasif Həsənli
AzNews.az