“Türkiyənin yalnız bir çıxış yolu var, o da ...” - İqbal Ağazadə

“Dünən Türkiyədə keçirilən parlament seçkiləri Ərdoğan hakimiyyətinin uzun illər apardığı siyasətin nəticəsidir”.


Bunu AzNews.az-a millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

Onun sözlərinə görə, bu siyasətin rəhbərləri Türkiyənin gələcəyini düşünməyiblər: "Yalnız öz hakimiyyətlərini düşünüblər. Türkiyə bu seçkidən ağır məğlubiyyətlə çıxdı".

İ.Ağazadənin fikrincə, Türkiyənin uğur qazanmaq üçün yalnız bir çıxış yolu var: "O da hökumət qurmağa cəhd etməmək və növbəti seçkiyə getməkdir. Azərbaycana ən güclü demokratik Türkiyə hər zaman lazımdır. Bizim strateji müttəfiqimiz nə qədər güclü olarsa, biz bir o qədər sə sayılıb-seçilən dövlət olarıq".

Bahar RÜSTƏMLİ
AzNews.az