Görüşdəki müzakirələr tam məxfi saxlanılır Görüşdəki müzakirələr tam məxfi saxlanılır

ABŞ səfirliyində QHT rəhbərlərilə gizli görüş - EKSKLÜZİV

Görüşdəki müzakirələr tam məxfi saxlanılır

Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyində bir neçə QHT rəhbərlərinin ictimaiyyət üçün qapalı görüşü təşkil olunub.

AzNews.az-un əldə etdiyi məlumata görə, görüşdə Bakıda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar, səfirinin siyasi və iqtisadi məsələlər üzrə müşavirləri, Azərbaycan tərəfindən isə İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov, Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı, Nəcəf Nəcəfov Fondunun icraçı direktoru Şahin Hacıyev və Milli Büdcə Qrupunun koordinatoru Qalib Abbaszadə iştirak ediblər.

Görüş zamanı Azərbaycanda gedən iqtisadi və siyasi proseslərin indiki vəziyyəti, islahatlar və mövcud problemlər, ölkədə 2013-cü ildə keçiriləcək prezident seçkiləri və digər bu kimi məsələlərlə bağlı qapalı müzakirələr aparılıb.
Müzakirələrin detallarını öyrənməkdən ötrü görüşdə iştirak edənlərlə əlaqə saxladıq. Lakin onlar hər hansı bir açıqlama verməkdən boyun qaçırdılar.

Vasif Həsənli
AzNews.az