Oqtay Əsədov: “Məsələni şouya çevirməyin”

Prezidentin Nazirlər Kabinetinin iclasındakı çıxışı mətbuatda fərqli təqdim olunur. AzNews.az-ın məlumatına görə, bunu Parlamentdə çıxışında spiker Oqtay Əsədov deyib. O bildirib ki, Prezident "bp"-nin böyük şirkət olduğunu deyib: "Prezident çıxışında bildirib ki, "bp" götürdüyü öhdəlikləri yerinə yetirsin. Şirkət təhqir olunmayıb ki?"

O.Əsədov vurğulayıb ki, bu məsələni siyasiləşdirmək düzgün deyil: "İstər Azərbaycan mətbuatında, istərsə də xarici mətbuata bu məsələ şişirdilir. Şou yaratmaq düzgün deyil".

İlkin Pirəli
AzNews.az