Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində dünən keçirilən Azərbaycan nümayəndə heyətinin üzvü Rəfael Hüseynovun hazırladığı "Demokratik cəmiyyətlərdə din azadlığı və birgə yaşayış" mövzusunda qətnamənin müzakirələri zamanı çıxış edən erməni deputat Naira Zohrabyan növbəti dəfə Azərbaycanın ünvanına həqiqətdən uzaq ittihamlar səsləndirib. Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində dünən keçirilən Azərbaycan nümayəndə heyətinin üzvü Rəfael Hüseynovun hazırladığı "Demokratik cəmiyyətlərdə din azadlığı və birgə yaşayış" mövzusunda qətnamənin müzakirələri zamanı çıxış edən erməni deputat Naira Zohrabyan növbəti dəfə Azərbaycanın ünvanına həqiqətdən uzaq ittihamlar səsləndirib.

Azərbaycanlı deputat AŞPA-da erməni həmkarını SUSDURDU

Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində dünən keçirilən Azərbaycan nümayəndə heyətinin üzvü Rəfael Hüseynovun hazırladığı "Demokratik cəmiyyətlərdə din azadlığı və birgə yaşayış" mövzusunda qətnamənin müzakirələri zamanı çıxış edən erməni deputat Naira Zohrabyan növbəti dəfə Azərbaycanın ünvanına həqiqətdən uzaq ittihamlar səsləndirib.


AzNews.az Modern.az-a istinadən xəbər verir ki, N.Zohrabyandan sonra çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, qurumun Qadınlara qarşı Zorakılıqla Mübarizə üzrə Baş Məruzəçisi və "Zorakılıqdan azad Qadın" parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi Sahibə Qafarova isə onun ittihamlarına cavab verib:

"Müxtəlif beynəlxalq tribunalarda ələ düşən fürsətdən istifadə edərək Azərbaycanın ünvanına mənasız hədələr səsləndirmək, böhtan və uydurma ittihamlar irəli sürmək erməni siyasətçilərin artıq ənənəsinə çevrilib. Onlar bu yolla beynəlxalq ictimai rəyi çaşdırmağı qarşılarına məqsəd kimi qoysalar da, buna nail ola bilmirlər. Çünki beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını qəbul edir və bu, bir çox təşkilatların qəbul etdikləri sənədlərdə, qətnamələrdə öz əksini tapıb: "Zohrabyanın ittihamlarına gəlincə isə, demək istəyirəm ki, bu gün Ermənistan dünyada olan azsaylı monoetnik dövlətlərdən biridir. Azərbaycan torpaqlarının işğalı nəticəsində 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayıb. Ermənistan Xocalıda və Azərbaycanın digər rayonlarında dəhşətli qətllər, soyqırımları törədib. Bu isə o deməkdir ki, bu dövlətin heç bir təmsilçisinin multikulturalizmdən, humanizm dəyərlərindən danışmağa mənəvi haqqı çatmır. Ermənistan bu gün işğal altında saxladığı Azərbaycan torpaqlarında tarixi abidələri, məscidləri dağıdıb, qəbiristanlıqları məhv edib. Bütün bunlar erməni vandalizminin, barbarlığının əyani təzahürüdür".

Daha sonra ölkəmizdə mövcud olan tolerantlıq ənənələrindən danışan millət vəkilinin sözlərinə görə, Azərbaycan öz təcrübəsində sübut edib ki, tolerantlıq, milli və mənəvi dəyərlərə qarşılıqlı hörmət, fərqli dinlərin nümayəndələrinə və onların ənənələrinə ehtiram sülh və təhlükəsizlik şəraitində yaşamağın ən uğurlu yoludur: "Mən böyük fəxrlə Azərbaycanda multikulturalizmin, tolerantlığın həatın bütün sahələrində nailiyyətlərin əldə olunmasına, müxtəlif xalqların və fərqli dinlərin nümayəndələrinin sülh və əmin amanlıq şəraitində birgəyaşayışına imkan verir. Bu gün Azərbaycanda istər xristian icmasının, istər yəhudi icmasının təmsilçiləriəsas çoxluğu təşkil edən müsəlmanlarla real bərabər imkanlara və bərabər hüquqlara malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsində hər bir ölkə vətəndaşının vicdan azadlığı təsbit olunub. Azərbaycanda məscidlə, sinaqoqu, kilsəni yanaşı görə bilərsiniz".

"Dini fanatizm və ekstremizm bu gün bir çox ölkələri təhdid etməklə yanaşı, ksenofobiyanın və dini müxtəlifliyin təşviq olunmasına qarşı maneələrin güclənməsini şərtləndirir", - deyən Sahibə Qafarova bildirib ki, demokratik cəmiyyətlərdə birgəyaşayışdan danışarkən burada dinlə bərabər, bir sıra digər amilləri də vurğulamaq lazımdır. Hazırda bir sıra maraq qruplarının din amilindən bir vasitə kimi istifadə etdiklərini diqqətə çatdıran millət vəkili əlavə edib ki, bu qruplar dini müxtəlifliyin sivilizasiyalar arasında mübarizənin əsas vasitəsi kimi təqdim edərək çox təhlükəli bir ideyanın əsasını qoyublar. Bununla yanaşı, bəzi separatçı təşkilatlar da öz fəaliyyətlərinə bəraət qazandırmaq üçün din amilindən istifadə etməkdədirlər:

"Dinin bu qədər istismar olunduğu, müxtəlif təhdidlərin əsas məqsədi kimi göstərildiyi indiki şəraitdə dinlər və mədəniyyətlər arasında dialoq çox vacibdir. Çünki dini dözümlülük, fərqli dinlərə qarşı tolerant münasibət müasir dünyada təhlükəsizliyin təmin olunmasının çox əhəmiyyətli şərtlərindən biridir. Ona görə də milli hökumətlər bu məsələrin həllində diqqəti daha da artırmalı, dini dözümlülüyün gücləndirilməsinin terrorizmin, dini zəmində qarşıdurmaların meydana gəlməsinin qarşısının alınmasının, davamlı sülhün təmin olunmasının əsas yolu olduğunu dərk etməlidirlər".

Sahibə Qafarova deyib ki, birgəyaşayış ənənələrinin möhkəmləndirilməsi müxtəlif dinlərin milli mənəvi dəyərlərinin inkar olunması kimi dərk edilməməlidir. Birgəyaşayışın əsas formulası da məhz budur ki, müxtəlif dinlərin, xalqların tarixi, milli – mənəvi dəyərləri qarşılıqlı şəraitdə mühafizə olunmalıdır: "Biz səmimiyyətlə, qarşılıqlı hörmət və sevgi, güclü iradə ilə əməkdaşlığı gücləndirməli, dini və milli müxtəlifliyin nifaq səbəbi olmasının önünü kəsməliyik. Bunun yolu isə ortaq insani dəyərlərin qorunmasından keçir".