Daha bir üzvü NİDA-dan getdi

“Nida” Vətəndaş Hərəkatının üzvü Şahin Novruzlu istefa verib.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı Şahin Novruzlu öz "Facebook" hesabında yazıb. O istefası ilə bağlı əlavə açıqlama verməyəcəyini bildirib: "Bu gündən üzvü olduğum Nida Vətəndaş Hərəkatının sıralarını tərk edirəm. "Nida" ilə bağlı çoxlu xoş xatirələrim var və bunun belə də qalmasını istəyirəm. İstefamla bağlı bundan əlavə heç bir açıqlama olmayacaq".

Qeyd edək ki, Şahin Novruzlu 2013-cü ildə həbs olunub. 2014-cü ilin oktyabrın 18-də isə prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
Onu da bildirək ki, dünən hərəkatın təsisçilərindən olan Üzeyir Məmmədli və onun həyat yoldaşı Aygün Pəncəliyeva da NİDA-dan istefa veriblər.

Sevinc Yasinqızı
AzNews.az