Milli Məclisin noyabrın 1-ə təyin olunan parlament seçkilərində iştirak etmək üçün Müsavat partiyasının irəli sürdüyi namizədlərin 8-i rəsmən qeydə alınıb. Milli Məclisin noyabrın 1-ə təyin olunan parlament seçkilərində iştirak etmək üçün Müsavat partiyasının irəli sürdüyi namizədlərin 8-i rəsmən qeydə alınıb.

Müsavatın daha 4 üzvü qeydə alındı

Milli Məclisin noyabrın 1-ə təyin olunan parlament seçkilərində iştirak etmək üçün Müsavat partiyasının irəli sürdüyi namizədlərin 8-i rəsmən qeydə alınıb.



Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının İcra Aparatının rəhbəri, Divan üzvü Gülağa Aslanlı deyib. O, bildirib ki, son günlərdə Müsavat partiyasının irəli sürdüyü namizədlərdən Niyaz Nəsir (13 saylı Xəzər-Pirallahı), Mirzağa Axund (60 saylı Salyan-Neftçala), Valeh Hümmətoğlu (59 saylı Səlyan), İsgəndər Həmidov (123 saylı Kəlbəcər) qeydə alınıb.

Qeyd edək ki, bundan öncə Müsavatın 4 namizədinin – İsa Qəmbərin (15 saylı Yasamal-birinci) Razim Əmiraslanlının (120 saylı Cəbrayıl-Qubadlı), Xasay Fərzullanın (71 saylı Masallı Kənd) və Söhrab Əmrahovun (55 saylı Xaçmaz şəhər) namizədlikləri qeydə alınıb.

Xatırladaq ki, Müsavat partiyası 2015-ci il noyabrın 1-də keçirilən parlament seçkilərində 80-ə yaxın namizədlə iştirak etdiyini açıqlayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az