“İmzaların etibarlılığı ilə bağlı rəylərin etibarsız olduğu, peşəkar ekspertlər tərəfindən verilməməsi ilə bağlı çox fikirlər səslənir. Həmin peşəkar ekspertlər Mərkəzi Seçki Komissiyasında fəaliyyət göstərir”. “İmzaların etibarlılığı ilə bağlı rəylərin etibarsız olduğu, peşəkar ekspertlər tərəfindən verilməməsi ilə bağlı çox fikirlər səslənir. Həmin peşəkar ekspertlər Mərkəzi Seçki Komissiyasında fəaliyyət göstərir”.

MSK-dan fəaliyyəti ilə bağlı tənqidlərə - Münasibət

“İmzaların etibarlılığı ilə bağlı rəylərin etibarsız olduğu, peşəkar ekspertlər tərəfindən verilməməsi ilə bağlı çox fikirlər səslənir. Həmin peşəkar ekspertlər Mərkəzi Seçki Komissiyasında fəaliyyət göstərir”.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədrinin müavini Natiq Məmmədov bildirib.

N. Məmmədov deyib ki, MSK son instansiya deyil, şikayətlərə məhkəmələrdə də baxıla bilər: "Ölkədə digər müdafiə imkanlarından bəhrələnmək mümkündür və MSK da bu imkanları yaradır. Deyə bilmərik ki, bizim gəldiyimiz nəticələr idealdır. Bəzi dairə seçki komissiyalarının işində çatışmazlıqlara da rast gəlirik. Yaxşı və müsbət nümunə göstərən seçki dairələrinin əhatəsini müəyyən etməliyik. Maarifləndirmə elə qurulmalıdır ki, bunun maarifləndirmənin nəticələrinin yoxlanılması məsələsinə də baxaq. Bəzən iradlar səslənir ki, maarifləndirmə işlərinin nəticələri yoxdur. Daxil olan müraciətlərə baxsaq, işində çatışmazlıq olan seçki dairələrinin sayı 5-dən çox ola bilməz. Amma mən gecə səhərə qədər işləyən, müraciətləri araşdıran çoxluğu ehtimallar üzərində qınamağın qəti əleyhinəyəm. Hesab edirəm ki, MSK-nın fəaliyyəti bu baxımdan yüksək qiymətləndirilməlidir. MSK-nın ən böyük fəaliyyəti ondan ibarətdir ki, vətəndaşın məhkəmədə mövqeyini müdafiə etməsini bu başdan təmin etmiş oluruq".

MSK sədri Məzahir Pənahov qeyd edib ki, dairə seçki komissiyalarının üzvləri elə seçilməlidir ki, sənədləşdirmə zamanı onların buraxdıqları diqqətsizlik vətəndaşların hüquqlarının pozulması ilə nəticələnməsin: "On minlərlə aşağı seçki komissiyalarının üzvlərinin içərisində diqqətsizləri də ola bilər. Gələcəkdə maarifləndirmə işlərini gücləndirməliyik ki, belə hallar olmasın".

M. Pənahov bildirib ki, şikayətləri araşdırmaq üçün MSK üzvləri 24 saat çalışır: "MSK həmişə ictimaiyyətin qəbul etdiyi mövqeləri əsas götürür. Elə mübahisəli məqamlar olur ki, ictimaiyyətin dediyini qəbul etsək, hər şey qaydasında olur. MSK aşağı seçki komissiyalarına tələbini çatdırmalıdır ki, sənədləşdirməyə xüsusi diqqət yetirsinlər".