“Bu gərgin psixoloji durumda verilən bəyanat Ermənistan rəhbərliyini ifşa və biabır edir.” “Bu gərgin psixoloji durumda verilən bəyanat Ermənistan rəhbərliyini ifşa və biabır edir.”

İlham Əliyevdən Sarkisyanın bəyanatına tutarlı - Cavab

“Bu gərgin psixoloji durumda verilən bəyanat Ermənistan rəhbərliyini ifşa və biabır edir.”


AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, bu sözləri prezident İlham Əliyev doqquz ayın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Ermənistan prezidenti Serj Sarkisyanın bir müddət əvvəl səsləndirdiyi "Dağlıq Qarabağ Ermənistanın ərazisidir" fikrinə münasibət bildirən İlham Əliyev dünya birliyi və beynəlxalq təşkilatların Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını deyib: "Xunta rejimindən bundan artığını gözləmək mümkün deyil. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır."

Serj Sarkisyan bu fikirləri bir müddət əvvəl "erməni soyqırımı"nın 100 illiyi tədbirlərini koordinasiya edən dövlət komissiyasının 6-cı iclasında səsləndirib: "Mən Ermənistan deyəndə isə Dağlıq Qarabağı onun ayrılmaz hissəsi kimi nəzərdə tuturam - planetin ən hərbiləşmiş ərazilərindən biridir".

Amma S.Sarkisyan bununla da kifayətlənməyib və Azərbaycanın ünvanına kəskin hədələr də səsləndirib: "Biz bundan sonra da - qisas tədbirləri də daxil olmaqla - elə addımlar atacağıq ki, düşmən öz azğın davranışının həzm olunduğunu düşünməsin".

Ermənistanın rəhbərliyinin "Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir" deyə bəyanatı Ermənistanın Azərbaycan ərazilərini işğalının, münaqişədə Ermənistanın daşıdığı hüquqi-siyasi məsuliyyətin və Ermənistanın əsl simasının növbəti əsaslı sübutudur.

Ermənistanın dövlət başçısı bu çıxışı ilə ilk dəfə olaraq həm də işğal faktını etiraf etmiş olub. Amma indiyə qədər Dağlıq Qarabağdakı hadisələr separatçı konflikt, orada yaşayan ermənilərin öz müqəddəratlarını təyin etmək cəhdi isə müstəqil dövlət qurmaq istəkləri kimi qələmə verilirdi.