BMT TŞ Suriyada atəşkəs təklifini dəstəkləyib

BMT Təhlükəsizlik Şurası Qurban bayramı dövründə Suriyada atəşkəs elan olunması barədə BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi təmsilçisi Lahdar İbrahiminin təklifini dəstəkləyib. Bu barədə təklifi Rusiya nümayəndə heyəti irəli sürüb.

Qəbul olunmuş bəyanatda həmçinin beynəlxalq ictimaiyyətə İbrahiminin səylərini dəstəkləmək təklif edilir. BMT TŞ üzvləri Suriya ilə qonşu olan dövlətləri bu ölkədə zorakılığa son qoyulması üçün "nüfuzlarından istifadə etməyə" çağırıblar.

AzNews.az