“Milli Məclisə seçkilər başlayandan etibarən Bakıda və rayonlarda seçkiləri müşahidə etmişik, bizə hər hansı bir şikayət daxil olmayıb”. “Milli Məclisə seçkilər başlayandan etibarən Bakıda və rayonlarda seçkiləri müşahidə etmişik, bizə hər hansı bir şikayət daxil olmayıb”.

Hər hansı şikayət daxil olmayıb - Ombudsman

“Milli Məclisə seçkilər başlayandan etibarən Bakıda və rayonlarda seçkiləri müşahidə etmişik, bizə hər hansı bir şikayət daxil olmayıb”.


AzNews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova deyib.

O, qeyd edib ki, yalnız seçkiləri müşahidə etməyiblər: "Biz, eyni zamanda seçicilərlə söhbət aparmışıq, müşahidəçilərlə görüşmüşük, "exit-poll" keçirənlərlə danışmışıq. Bizə hər hansı şikayət daxil olmayıb".

E.Süleymanova cəzaçəkmə müəssisələri və hərbi hissələrdə səsvermə zamanı da heç bir pozuntu halına rast gəlmədiklərini qeyd edib.