Fazil Mustafa halallıq istədi

26 saylı Sabunçu Birinci Seçki Dairəsindən millət vəkili seçilən Fazil Musata seçicilərindən halallıq istəyib.


AzNews.az xəbər verir ki, o, bu barədə özünün facebook səhifəsində bildirib.

O, 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən seçkiləri qazanmağında dəstəyini əsərgəməyən bütün seçicilərə, əməlləri və dualarıyla onunla olan bütün bacı- qardaşlarına dərin təşəkkürünü bildirib: "Halallıq istəyirəm. Sözün formal mənasında millət vəkili seçilmək sözün real mənasında Millət Vəkili olmaqdan qat-qat asandır. Sadəcə, Allah rizası üçün yaşamağı, bu məmləkətin gözəl gələcəyini qurmaq üçün çalışmağı, insanlara faydalı olmağı, iman və aydınlanma davasını davam etdirməyi, bir qəsəbənin deyil, bütün Azərbaycan vətəndaşlarının vəkili olmağı Allahdan təmənna edirik".

Qeyd edək ki, Fazil Mustafa 3-cü dəfə Milli Məclisə keçirilən seçkilərdə 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən Millət vəkili seçilib.

Bahar RÜSTƏMLİ
AzNews.az