Prezidentin göstərişi ilə sahibkarların yoxlanmasının dayandırılması ilə bağlı qanun qüvvəyə minir. Sahibkarlar və mütəxəssislər hesab edir ki, qanunun qüvvədə olduğu iki il ərzində qeyri-neft sektoru inkişaf edəcək, sahibkarlara qarşı maneələr aradan qaldırılacaq. Prezidentin göstərişi ilə sahibkarların yoxlanmasının dayandırılması ilə bağlı qanun qüvvəyə minir. Sahibkarlar və mütəxəssislər hesab edir ki, qanunun qüvvədə olduğu iki il ərzində qeyri-neft sektoru inkişaf edəcək, sahibkarlara qarşı maneələr aradan qaldırılacaq.

İlham Əliyev yeni dönəmə start verdi - VİDEO

Prezidentin göstərişi ilə sahibkarların yoxlanmasının dayandırılması ilə bağlı qanun qüvvəyə minir. Sahibkarlar və mütəxəssislər hesab edir ki, qanunun qüvvədə olduğu iki il ərzində qeyri-neft sektoru inkişaf edəcək, sahibkarlara qarşı maneələr aradan qaldırılacaq.


AzNews.az-ın ANS TV-yə istinadən məlumatına görə, bu gündən ölkədə sahibkarlıq subyektlərinin yoxlanılması iki il müddətinə dayandırılır. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna əsasən yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar aparılacaq.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov deyir ki, yoxlamalar həm dərman vasitələrinin dövriyyəsi, həm anti-sanitariya və baytarlıq, həm də kamunal sahələr – işıq, qaz və elektrik şəbəkəsinə qeyri-qanuni qoşulmalar üzrə müraciət daxil olarsa, həmin qurumlar İqtisadiyyat və Sənaye Nazirliyi ilə bu məsələ razılaşdırıldıqdan sonra yoxlamaları apara bilərlər.

Sahibkarlığın inkişafı üçün daha bir addım lisenziyaların sayının minimuma endirilməsi ilə bağlıdır. Prezident tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi nəzərdə tutulub.

Mütəxəssislər hesab edir ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə atılan bu addımlar yalnız sahibkarların xeyirinə deyil, ümumilikdə dövlətin inkişafı üçün mühüm islahatlardır.

"Burada əsasən söhbət dövlət büdcəsinin qeyri-neft sektorundan əldə olunmuş vəsait hesabına artırılmasından gedir. Bu isə ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsi və yeni iş yerlərinin açılması, eləcə də ölkədə yoxsulluğun azaldılması deməkdir", - deyə iqtisadçı Məhəmməd Talıblı vurğulayıb.

İqtisadçının sözlərinə görə, indiyədək qurumların sahibkarlara münasibəti nəzarət xarakteri daşıyırdı. Bu sahədə olan boşluqlar rüşvət və korrupsiyaya imkan yaradır, sahibkarların sektordan çəkilməsilə nəticələnirdi. İndi isə yoxlayıcı orqanlar yalnız xidmət funksiyası yerinə yetirəcəklər.