II Qarabağ müharibəsi təhlükəsi

"Diplomatiyada Qarabağ münaqişəsinin həllinin alternativi yoxdur. Həmsədrlər və tərəflərin iştirakı ilə danışıqların aparılmaması münaqişənin hərbi yolla həlli təhlükəsini artırır".

AzNews.az-ın anspress-ə istinadən məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik erməni jurnalistin "son dövrlərdəki müzakirələr yalnız "danışıqlar xatirinə danışıq"dırmı?" sualına cavab olaraq bildirib.

Uorlik Ermənistanın "Armenpress" saytına müsahibəsində bildirib ki, münaqişənin sülh yolu ilə həllində ən böyük əngəl siyasi iradənin olmamasıdır. O, yekun qərarı prezidentlərin verməli olduğunu da qeyd edib.

Müsahibənin sonunda erməni jurnalist təmas xəttində monitorinq zamanı azərbaycanlıların atəş açdığını "xatırladanda" Ceyms Uorlik atəşin qəsdən açıldığını desə də, bunun kim tərəfindən edildiyinin bilinmədiyini vurğulayıb.

"ATƏT-in monitorinq qrupu və həmsədrlərin təmas xəttində olarkən baş verən hadisə qəbuledilməzdir. Atəşin hansı tərəfdən açıldığını müəyyən etmək mümkün deyil. Amma bu, danışıqlar prosesini pozmaq üçün qəsdən edilib. ATƏT müşahidəçiləri təmas xəttində təhlükəsizliyi və stabilliyi təmin edərək mühüm funksiyanı yerinə yetirirlər. Heç bir şey onların təhlükəsizliyini təhdid etməməlidir", - deyə Ceyms Uorlik müsahibənin sonunda bildirib.

Amerikalı həmsədr ATƏT-in Minsk qrupunun fəaliyyətini bu qədər yüksək qiymətləndirsə də, Dağlıq Qarabağ münaqişəsinin həllinin onilliklərdir uzanması bu qurumun fəaliyyətsizliyinə və yaxud da fəaliyyətinin səmərəsizliyinə işarə edir.

Xüsusilə amerikalı həmsədr Ceyms Uorlikin qeyri-müəyyən və qeyri-obyektiv bəyanat və çıxışları çox vaxt narazılıq yaradır.

Sonuncu dəfə onun tvitter profili vasitəsilə Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi məsələsi üzrə məruzəçisi Robert Uolterin hesabatına dair şərhi müzakirə mövzusu olub.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev həmin şərhə münasibət bildirərkən qeyd edib ki, indiyə qədər ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən həyata keçirilən fəaliyyətin mahiyyəti sıfra bərabərdir.

"ATƏT-in Minsk qrupunun bu cür yarıtmaz fəaliyyəti hər bir vəchlə işğalçılıq siyasətini davam etdirmək və mövcud status kvonu saxlamaq siyasəti güdən Ermənistanın maraqlarına xidmət edir. Ceyms Uorlikin də Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsinə xidmət edən bu planın tərkib elementi olması istisna deyil", - deyə nazirlik rəsmisi Hikmət Hacıyev bildirib.