Ermənistan parlamentində xarici işlər naziri Edvard Nalbandyanın iştirakı ilə gizli Qarabağ müzakirələri aparılır. Ermənistan parlamentində xarici işlər naziri Edvard Nalbandyanın iştirakı ilə gizli Qarabağ müzakirələri aparılır.

Ermənistan parlamentində gizli Qarabağ müzakirələri aparılır

Ermənistan parlamentində xarici işlər naziri Edvard Nalbandyanın iştirakı ilə gizli Qarabağ müzakirələri aparılır.


AzNews.az-ın anspress-ə istinadən məlumatına görə, erməni mətbuatı yazır ki, müzakirələrdə əsas diqqət Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı irəli sürdüyü təkliflərə yönəldiləcək.

Erməni mətbuatı Sergey Lavrovun noyabrın əvvəlində Ermənistana etdiyi səfərinin məhz Dağlıq Qarabağ ətrafındakı rayonların geri qaytarılması ilə bağlı olduğunu yazırdı. İrəvanda dərc olunan "Haykakan jamanak" qəzeti noyabrın 10-da yazmışdı: "Dağlıq Qarabağ münaqişəsi ətrafında yeni xəlvəti proses gedir. Bunun əsas təsəbbüşkarı Rusiyadır. Söhbət Qarabağda bir neçə rayonun Azərbaycana qaytarılmasından gedir. Hökumətə yaxın mənbələrdən alınan məlumata görə, Rusiya Ermənistanı bir neçə rayonu təhvil verməyə razı salmağa çalışır. Bununla da Azərbaycanı Avrasiya İttifaqına girməyə razılığını almaq istəyir. Həmin mənbələr iddia edir ki, Sergey Lavrovun İrəvana dünənki səfərinin əsas məqsədi məhz bu olub".

Amma erməni mətbuatını izlədikdə Ermənistan ictimai fikrinin heç də Azərbaycanın işğal edilmiş hansısa bir rayonunu geri qaytarmaq niyyətinin olmadığını göstərir. Fransada baş vermiş terrordan sonra ermənilər özlərini bir anlığa xristian - müsəlman cəbhəsinin ön sırasında hiss eləməyə başlayıblar. Buna görə də ümid edirlər ki, xristian Qərb müsəlman Azərbaycana qarşı mübarizədə Ermənistana dəstək verəcək. Bəzi erməni portalları hətta Qarabağı bu mübarizənin ön cəbhəsi kimi qələmə verməyə başalayıblar. Bu baxımdan Ermənistan parlamentinin ictimai rəyi ayaqlayaraq Azərbaycanın xeyrinə hansısa addım ata biləcəyi inandırıcı görünmür.

Amma millət vəkili Fazil Mustafa məsələnin Rusiyanın maraqlarına uyğun gəldiyi məqamda Ermənistan ictimai rəyinin heç bir qiymətinin olmayacağını bildirir: "Rusiya Ermənistandan rayonları qaytarmağı tələb edən zaman ictimai rəyə baxan kimidir? Deputatlar da, Ermənistan rəhbərliyi də sakitcə Rusiyanın göstərişinə əməl edəcəklər. İctimai rəy nə edə bilər ki? Sakitcə razılaşacaqlar. Amma hələ ki, Rusiyanın belə bir tələbi görünmür. Yəni o müzakirələrin Qarabağla bağlı olduğu inandırıcı görünmür",- deyə Fazil Mustafa bildirib.

Oxşar fikir ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin bu günlərdə yazdığı bir məqalədə də vurğulanır. Keçmiş səfirin yetərincə təzadlı fikirləri arasında bir fikri məntiqli görünrüdü: Rusiya heç zaman Ermənistanı Azərbaycanla müharibədə tək buraxmayacaq, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da bu məsələyə cəlb etməyə çalışaq. Yəni Azərbaycan tək Ermənistanla deyil, həm də Rusiya ilə vuruşmalı olacaq.

Millət vəkili Fazil Mustafa bu məsələni Azərbaycanın da çox gözəl anladığını bildirir: "Amma sonuncu ümid ölmür. Azərbaycan sona qədər öz torpaqlarının geri qaytarılmasına çalışacaq. Təbii ki, Rusiyanın məsələyə müdaxilə ehtimalı da nəzərdə qaçırılmır".

Məhz bu yanaşma Azərbaycanın yaxın və uzaq perspektivdə xarici siyasətinin əsas istiqaməti olmalıdır. Qarabağ məsələsi şər işdir və atalar demişkən, şər işi uzatmaqla xeyrə çatmaq mümkündür. Bu münaqişə Azərbaycan regional səviyyədə ən güclü və yetərincə peşəkar bir ordu qurmağa imkan verib. Amma bu münaqişəni nəzərə alaraq Azərbaycan regional supergüclərlə də vuruşmağa qadir ordu qurmalıdır. İsrailin təcrübəsi göstərir ki, bu məsələdə ölkənin böyüklüyünün, ya kiçikliyinin heç böir önəmi yoxdur. Güclü iqtisadiyyat və texnoloji inkişaf lazımdır ki, Azərbaycanın öz iqtisadiyyatının şaxələndiriliməsi üzrə gerçəkləşdirdiyi proqramlar bu hədəfə çatmağa imkan verəcək.