“Türkiyə Rusiyaya üzrxahlıq etməlidi! “Yanlış olub” deməlidi! Yalançı patriotluq, süni millətçilik, pafos yeri deyil! Beynəlxalq hüquq, sərhəd pozuntusu zəif bəhanələr, təskinliklərdi!”. “Türkiyə Rusiyaya üzrxahlıq etməlidi! “Yanlış olub” deməlidi! Yalançı patriotluq, süni millətçilik, pafos yeri deyil! Beynəlxalq hüquq, sərhəd pozuntusu zəif bəhanələr, təskinliklərdi!”.

Rəşad Məcid: “Türkiyə Rusiyaya üzrxahlıq etməlidi”

“Türkiyə Rusiyaya üzrxahlıq etməlidi! “Yanlış olub” deməlidi! Yalançı patriotluq, süni millətçilik, pafos yeri deyil! Beynəlxalq hüquq, sərhəd pozuntusu zəif bəhanələr, təskinliklərdi!”.


Bunu Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Türkiyə-Rusiya arasında dünən baş vermiş insidentə münasibət bildirərkən qeyd edib.

Xatırladaq ki, dünən Rusiyaya məxsus SU-24 qırıcı təyyarəsi Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulub. Türkiyə tərəfi bunu sərhəd pozuntusu ilə əlaqələndirib, rəsmi Kreml isə hadisənin iki dövlət arasında siyasi gərginlik yaradacağını vurğulayıb.

Rəşad Məcid hadisəyə münasibətində bu insidenti regiondakı problemlərin çözülməsinə imkan verməmək üçün bəzi qüvvələr tərəfindən yaradılan provakasiya kimi qiymətləndirib:

"Obamanın münasibətindən aydın göründü ki, sifariş hardan gəlib.
Son bir neçə yüzillikdə Türkiyə-Rusiya münasibətlərinin bu cür normal səviyyəyə çatması olmamışdı. Bunu sindirə bilməyən qüvvələr etdi bu provakasiyanı.
Regiondakı problemlərin çözülməsi Türkiyə və Rusiyanın birgə əməkdaşlığı sayəsində mümkün ola bilər. Buna isə yenə mane oldular!".