“Azərbaycan həmişə Belarusa ümid edə bilər”. “Azərbaycan həmişə Belarusa ümid edə bilər”.

Lukaşenko Əliyevlə görüşdə: “Kaş, bütün prezidentlərlə belə münasibətim olaydı”

“Azərbaycan həmişə Belarusa ümid edə bilər”.


AzNews.az "Belta"ya istinadən xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Minskdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib:

"Çətin vaxtlarda bizə dayaq olduğunuzu xatırlayırıq. Bəlkə nə vaxtsa bir neçə gün ərzində maliyyə də daxil olmaqla böyük məsələlərin dostcasına necə həll edilə bildiyini danışarıq. Biz həmişə köməyə gələn insanlar olmuşuq. Siz bundan bir daha əmin oldunuz. Bununla belə mən sizə xüsusilə çətin vaxtlarda göstərdiyiniz dayaq və köməyə görə minnətdaram".

Aleksandr Lukaşenko Azərbaycan dövlətinə və xalqına bütün çətinliklərin öhdəsindən gəlməyi və həmişə yüksəkdə olmağı arzulayıb: "Bilin ki, burada sizin dostlarınız var".

Belarus dövlətinin başçısı xatırladıb ki, tərəflərin illik səfər mübadiləsi təcrübəsi yüksək səviyyədə bərqərar olub: "Belarus-Azərbaycan münasibətləri yaxından qurulmağa başlayanda bizdə əmtəə dövriyyəsi də baş tutdu, hər cür problemli siyasi məsələlər yox oldu. Şəxsi münasibətə gəldikdə isə, kaş ki mənim bütün dövlət başçıları ilə münasibətin bu cür olaydı".

Belarusiya prezidenti hətta çətin zamanlarda da iki ölkə arasında əmtəə mübadiləsi səviyyəsinin əvvəlki vəziyyətdə saxlanıldığını nəzərə çatdırıb.

A.Lukaşenko Azərbaycan dövlətinin iki ölkə arasındakı münasibətlərin saxlanılması, bütün sahələrdə əməkdaşlığın dəstəklənməsi üçün etdiyi hər şeyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib: "Dünya üçün, bəlkə xüsusilə bizim üçün bu mürəkkəb günlərdə sizi Belarusda qarşılamaqdan məmnunam. Sizin gəlişinizə həmişə çox şadam, bizim həmfikirimiz. Belarusda bilirlər ki, siz mənim dostumsunuz, bütün Belarus xalqının dostu".

Belarus Prezidenti vurğulayıb ki, Belarus və Azərbaycanın heç bir qapalı və ehtiyatlanası mövzusu yoxdu: "Biz sizinlə Belarusun vilayətləri arasındakı kimi yaxın əməkdaşlıq edirik. Əgər bu kiminsə xoşuna gəlmirsə, bu onun öz problemidir. Bizim qadağan olunmuş mövzumuz yoxdur".

Aydan AXUNDOVA
AzNews.az