Millət vəkili Nigar Yaqublu barədə sərt danışdı

Milli Məclisin plenar iclası keçirilir. AzNews.az-ın məlumatına görə, iclasda çıxış edən millət Vəkili Etibar Hüseynov deyib ki, müxalifət iqtidar tərəfini təhqir edir. Bu mətbuatda da belədir: "Müxalifət mətbuatında iqtidarda olanları ailələri haqqında təhqiredirci sözlər yazılır. Amma iqtidardakılar isə ağzını açanda düşürlər üstünə"

O, həmçinin qeyd edib ki, müxalifət Nigar Yaqublunun məsələsini gizlətməyə çalışır: "Maşın qəza törədib, vəfat etmiş insanı sürücünün yerinə qoyurlar. Niyə bunu ört-basdır etməyə çalışırlar?!"

İlkin Pirəli
AzNews.az